“Demokratik hüquqi cəmiyyətin möhkəmlənməsinin əsas prioritet istiqamətlərindən biri hər bir ölkənin bələdiyyə sisteminin inkişafıyla bağlıdır”- bu fikri ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə Belediyye.info saytının əməkdaşıyla söhbətində deyib. Onun sözlərinə görə, demokratik cəmiyyəti formalaşdıran əsas mexanizmlərindən olan bələdiyyə sisteminin yerli özünüidarənin inkişafi hiss edilməyən ölkələrdə demokratik prinsiplərin qorunması mümkün deyildir:
“Bü gün Azərbaycanda yaradıcısı Ulu öndər Heydər əliyev olan bələdiyyə sistemi cəmiyyətin yeni bir atributuna çevrilib. Qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir. Sistemin fəaliyyətinə maneə yaradan amillər aradan qalıdırılır, hər bir addımla sistemin inkişafına şərait yaradılır. Bu gün hüquqi demokratik dövlətdə qanunvericliyin təkmilləşdirilməsi onun müasir dövrün tələblərinin uyğunlaşdırılması inkişafı şərtləndirən amillərdəndir. On beş il ərzində fəaliyyətdə olan bələdiyyə sistemi ölkəmizdə yerli özünüidarəetmə sahəsində ciddi addımlar atmaqla, sistemin qarşılaşdığı problemlər də sürətlə öz həllini tapmaqdadır.”
Mərkəz rəisinin sözlərinə görə, “əmlak vegisinin yığımındakı yeniliklər, şəffafılq prinsiplərinin qoruması istiqamətində atılan addımlar, bələdiyyə torpaqlarının və sənədsiz mənzillərə hüquqi status verilməsiylə bağlı atılan addımlar ondan xəbər verir ki, dövlətimiz bu sistemin inkişafına daim diqqət mərkəzində saxlayır.
On beş il ərzində bələdiyyə sisteminin ən böyük nailiyyəti məhz onların bir struktur olaraq ictimaiyyətdə nüfuzun artmasıdır. Bu gün hər bir seçici bələdiyyəsinin hansı formada fəaliyyət göstərməsi haqqında bilgilidir. Bu bələdiyyənin qarşısında duran əsas vəzifə isə məhz ictimaiyyət arasında olan nüfuzunu artırmaqla neqativ hallara yol verməmək, seçicisinin qarşılaşdığı problemləri anındaca həll etməkdir.
Söz yoxdur ki, respublikamızın sosial-iqtisadı inkişafında bələdiyyələrin oz sözü, yeri olub və vardır. Qazanılan hər bir nailiyyət nəzərə almaq lazımdır min bir çətinlik hesabına, o cümlədən təcrübəsizlik, kadr potensialının yoxluğu, bəzi hallara müfaviq icra orqanlarının bu orqanlara şərait yaratmamasına rəğmən qazanılıb."
Mülkiyyət və əmlakla bağlı son günlər atılan addımlara toxunan M.Səlimzadə bu istiqamətdə edilən institsional dəyişikliklər ümumilkdə prosesin inkişafına təkan verən addımlardan sayır.
Rəisin sözlərinə görə, bu gün ölkə bələdiyyələrinin qarşılaşdığı əsas problemdə məhz bununla bağlıdır. Ancaq etiraf etmək lazımdır ki, bəzən bələdiyyə sədrlərinin ciddi şəkildə hüquqpozmaları bu prosesə ciddi zərbə vurur.
əsasən torpağın təyinatı üzrə istifadə edilməsində ciddi qanun pozuntularına yol verilib. Nəticədə Mərkəzin atdığı addımlar sayəsində son 5 ildə 21 000 ha qanunsuz verilən torpaq geri qaytarılıb ki, bununda 11 000 ha kənd təəsrrüfatı təyinatlıdır. Qeyd edim ki, cari ildə bu rəqəm 350 ha olub.
Bu istiqamətdə ötən illər ərzində bələdiyyə sədrlərinə qarşı 2263 inzibati protokol tərtib edilmiş, son beş ildə 1921 bələdiyyə sədri inzibati məsuliyyəti cəlbə edilmişdir. Xüsusiylə qeyd edilməldir ki, belə neqativ halların baş verməsində əsas günahkar bələdiyyələr olmaqla yanaşı, bu prosesə rəvac verən rayon icra hakimiyyətlərinin verdiyi qanunsuz rəylərində böyük rolu olmuşdur.
Yeri gəlmişkən digər bir məsələyə də toxunmaq istərdim:
- Bu gün bələdiyyələrinin bir çoxunun inzibati bina məsələsi öz həllinui tapmamışdır. Buna səbəb kimi bir tərəfdən imkanı olan bələdiyyələr vaxtında vəsaiti məqsədsiz yerə yönəltmələri olmuşdursa, digər tərəfdən Xalq Deputatlari Soveti ləgv edilərkən onların əmlakının bələdiyyəyə verilməməsiylə bağlıdır.
Bü gün dövrüyyəsi kifayət qədər yüksək olan Sumqayıt bələdiyyəsinin inzibati binasının olmaması təəsüf doğurur. Bundan əlavə cənab prezidentin imzaslyla qüvvəyə minən torpaqla bağlı son qərar torpaqların qanunsuz zəbt edilməsinin qarşısını alacağına əminik.
Müvafiq orqanlar tərəfindən bələdiyyələr tərəfindən əkinə yaralı torpaqların mövsümi icarəyə verilməsindəki ləngimələr hər iki tərəfə, həm bələdiyyələrə, həm də vətəndaşlara ciddi təsir edir. Bu prosesin hərracdan kənar həyata keçirilməsi daha məqbul sayılmaldır.
Vegilərin yığımında ciddi çətinliklərlə üzləşən bələdiyyələrə bu istqamətdə addımların atılması bələdiyyələrə əlavə maliyyə vəsaitinin cəlb edilməsinə imkan verəcəkdir. Mülkiyyət və əmlakla bağlı digər bir ciddi məsələ bələdiyyələrə torpaq fondları haqqında rəsmi yerqurluşu sənədlərinin tam verilməməsidir. Bu gün kifayət sayda bələdiyyə hələ də bu sənədi əldə edə bilməyib.
Bakı bələdiyyələrinə on beş il ərzində hər hansı sənədin verilməməsi nəticədə bələdiyyələr tərəfindən qanunpozuntularına yol açıb, bələdiyyələrə məxsus torpaq sahələri zəbt edilibdir. Kifayət qədər sosial obyektlərin inşa edildiyi halda bununla bağlı bələdiyyənin hər hansı formada rəyi nəzərə alınmaması təəsüf hissi doğurur.
Mərkəz rəisi son olaraq bildirdi ki, cari ildə torpaq və mülkyyyələ bağlı qəbul edilmiş instutsional dəyişkiliklər, prosesin bir pəncərə sistemiylə icrası yaxın günlərdə bələdiyyələrə bu istiqmətdə qarşılaşdığı problemlərin həllinə kömək edəcəkdir.
Belediyye.info